
Bakı. Trend:
“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 35-ci turunda “Barselona”ya qarşı keçiriləcək oyunda oynamayacaq.
Trend “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu axşam
keçiriləcək matç üçün heyəti açıqlayıb. Həmin heyətdə isə Kilianın
adı qeyd edilməyib. Hücumçu bir gün əvvəl əsas heyətlə məşqlərə
qayıtsa da, məşqçilər heyəti onun sağlamlığını riskə atmamaq
qərarına gəlib.
Bu arada, Aurelien Tçuameni “Los Blancos”un heyətinə
qayıdıb.
Yarımmüdafiəçi komanda yoldaşı Federiko Valverde ilə mübahisəyə
görə klub tərəfindən 500 min avro cərimələnmişdi.


