
Bakı. Trend:
Pep Qvardiola “Mançester Siti”nin baş məşqçisi kimi son
mövsümünü keçirir.
Trend “Daily Mail”ə istinadən xəbər verir ki, ispaniyalı
mütəxəssis İngiltərə çempionatı başa çatdıqdan sonra istefa vermək
qərarı alıb. Klub artıq sponsorlara və tərəfdaşlara məşqçinin
gedişinin qaçılmaz olduğunu bildirməyə başlayıb.
Rəsmi təsdiqin bazar günü veriləcəyi gözlənilir.
Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun
rəhbərliyi altında komanda 20 titul qazanıb.

