“Qalatasaray”ın hücumçusu Premyer Liqada oynaya bilər

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Çelsi” nigeriyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə “TEAMtalk” məlumat yayıb.




London təmsilçisinin yeni baş məşqçisi Xabi Alonso Osimhenin
transferini rəhbərlikdən istəyir. Premyer Liqa nəhənginin 27 yaşlı
forvard üçün Türkiyə klubu ilə danışıqlara başlayacağı
gözlənilir.

Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə “Qalatasaray”ın
heyətində meydana çıxdığı 33 rəsmi matçda 22 qol və 8 məhsuldar
ötürmə ilə yadda qalıb.