“Yuventus” Antonio Silva ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

“Yuventus” Antonio Silva ilə maraqlanmağa davam edir.

Trend “A Bola”ya istinadən xəbər verir ki, “Benfika” 2027-ci
ildə başa çatacaq müqaviləni müdafiəçi ilə uzatmaq istəyir, lakin
22 yaşlı futbolçunu komandasını dəyişmək ehtimalı cəlb edir.




Lissabon klubu Silvaya illik təxminən 2 milyon avro maaş təklif
edə bilər. Ancaq portuqaliyalı futbolçuya idman baxımından da
təminatlar lazımdır və hazırda baş məşqçi ilə bağlı
qeyri-müəyyənlik səbəbindən klub bunu ona verə bilmir.

Müdafiəçi bu mövsüm Portuqaliya çempionatında 25 oyun keçirib və
1 qol vurub.