Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı minik və “Mersedes” markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

