Son 4 ay ərzində 15,9 min şəxsə əlillik təyin edilib

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
tərəfindən bu ilin yanvar-aprel ayları ərzində 15,9 min şəxsə
əlillik təyin edilib.

Trend xəbər
verir ki, nazirlikdən verilən məlumata görə, onlardan 7,1 min şəxsə
ilkin, 8,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.




Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə
müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar
əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə
proaktiv qaydada sosial ödənişlər təyin edilir.