Nigeriyada yaraqlıların hücumu zamanı 14 nəfər ölüb, yaralananlar var

Baş səhifə
Nigeriyada yaraqlıların hücumu zamanı 14 nəfər ölüb, yaralananlar var

Nigeriyanın Plateau əyalətində yaraqlıların hücumu zamanı aralarında 3 hamilə qadın olmaqla 14 nəfər öldürülüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd olunur ki, əyalətə gələn silahlılar ətrafdakı insanlara atəş açıblar. Sonra evdən evə keçərək, sakinləri güllələyiblər. Hücum nəticəsində həmçinin çoxlu sayda insan yaralanıb. Xəsarət alanların sayı açıqlanmır.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hüquq-mühafizə orqanları bölgədə vəziyyətin nəzarət altında olduğu bildirib. Qeyd olunur ki, hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Nigeriya uzun müddətdir ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP kimi terror qruplaşmalarının hücumlarından əziyyət çəkir.