Premyer Liqanın XXXI turunda bu gün iki qarşılaşma baş tutacaq

Baş səhifə
Premyer Liqanın XXXI turunda bu gün iki qarşılaşma baş tutacaq

Misli Premyer Liqasının XXXI turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

“Report”un məlumatına görə, əvvəlcə “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.

Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Qarabağ”ın 62 xalı var. 20 xala malik “Qəbələ” isə 11-ci yerdədir.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası “Araz-Naxçıvan”ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da startı veriləcək oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

“Araz-Naxçıvan” 40 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 38 xala malik “Sumqayıt” isə hazırda yeddincidir.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində “Kəpəz” son Azərbaycan çempionu “Sabah”ı (1:0) məğlub edib. “İmişli” – “Zirə” matçı isə qolsuz bərabərliklə başa çatıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.