Qvardiola 13-cü dəfə “ən yaxşı” seçildi

Baş səhifə

Bakı. Trend:

Pep Qvardiola İngiltərə Premyer Liqası tarixində ayın məşqçisi
mükafatının sayına görə üçüncü yeri tutur.

Trend xəbər verir ki, “Mançester Siti” klubunu çalışdıran mütəxəssis apreldə Premyer
Liqada ayın ən yaxşı məşqçisi seçilib. Bu, onun İngiltərədəki
fəaliyyəti dövründə qazandığı 13-cü mükafatdır.




Qvardioladan daha çox ayın məşqçisi seçilən yalnız Arsen Venger
(15 dəfə) və Aleks Ferqyusondur (27 dəfə).