
Bakı. Trend:
İslam İnkişaf Bankı (İİB) Qrupunun nümayəndə heyəti Ağdam Sənaye
Parkında olub.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman
Əl-Casirin başçılıq etdiyi nümayəndə heyəti və həmkarlar ilə
birlikdə Qarabağa səfərimiz çərçivəsində Ağdam Sənaye Parkında
sahibkarlarla görüşdük. İstehsal potensialının artırılması və
ixracyönümlü inkişaf perspektivlərini müzakirə etdik. Dayanıqlı
iqtisadi inkişaf və özəl sektorun gücləndirilməsi istiqamətində
İİB-lə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”, – paylaşımda qeyd
edilib.

