
Bakı. Trend:
İngiltərənin “Arsenal” futbol klubu UEFA Çempionlar Liqasının
yarımfinalının ikinci oyununda İspaniyanın “Atletiko Madrid”
klubunu 1:0 hesabı ilə məğlub edib.
Trend-in
məlumatına görə, görüş Londonun “Emireyts” stadionunda
keçirilib.
Qolu 45-ci dəqiqədə Bukayo Saka vurub. Komandalar arasında ilk
oyun heç-heçə (1:1) ilə başa çatıb.
Finalda “Arsenal” Fransanın “Pari Sen-Jermen” və Almaniyanın “Bavariya” komandaları arasında keçiriləcək matçın qalibi ilə
qarşılaşacaq.

