Bakı. Trend:
Londonun cənubunda baş verən atışma nəticəsində dörd nəfər
yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “Sky News” televiziya
kanalıı xəbər verib.
Məlumata əsasən, mayın 1-dən 2-nə keçən gecə naməlum silahlı
şəxs Brikstonda böyük bir barbekü məclisi istiqamətində maşından
atəş açıb. Yaralananlardan biri, 25 yaşlı kişinin vəziyyəti
ağırdır. 21, 47 və 70 yaşlı digər kişilərin həyatı təhlükədə
deyil.
Hazırda polis tərəfindən heç bir saxlanılma həyata keçirilməyib.
Hüquq-mühafizə orqanlarında baş verən hadisə “nizamsız zorakılıq
aktı” kimi qiymətləndirilib.

