Tramp İranın qalan raket imkanlarını məhv etmək istədiyini bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranın qalan raket potensialını məhv
etmək istəyərdi.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Florida
ştatının Uest-Palm-Biç şəhərində jurnalistlərlə söhbəti zamanı
bildirib.




“Bəli, mən bunu məhv etmək istəyərdim”, – deyə o, İranın raket
texnikası istehsalı üzrə qalan imkanları ilə bağlı suala münasibət
bildirərkən qeyd edib. ABŞ administrasiyasının iddiasına görə, ABŞ
və İsrailin zərbələri nəticəsində Tehranın bu sahədə cəmi 15 faiz
potensialı qalıb.