Tramp İranın münaqişənin həlli təklifini tezliklə nəzərdən keçirəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranın danışıqları bərpa etmək
planını yaxın gələcəkdə nəzərdən keçirmək niyyətində olduğunu
bildirib.

Trend-in məlumatına görə, bu barədə D. Tramp “Truth Social”
sosial şəbəkəsində yazıb.




ABŞ prezidenti bildirib ki, çətin ki, bu plan ilə
razılaşsın.

“İranın bizə göndərdiyi planla tezliklə tanış olacağam, amma
bunun məqbul olacağını təsəvvür edə bilmirəm, çünki onlar son 47
ildə bəşəriyyətə və dünyaya etdiklərinin bədəlini hələ kifayət
qədər ödəməyiblər”, – deyə o yazıb.