Xalq Bank First Abu Dhabi Bankda müxbir hesab açdı

Baş səhifə

Bakı.Trend:

Xalq Bank beynəlxalq maliyyə institutları ilə əlaqələri inkişaf
etdirərək Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankı olan First
Abu Dhabi Bankı ilə müxbir əlaqələr qurmuşdur.

Bu tərəfdaşlıq Xalq Bankın beynəlxalq əlaqələrinin
genişləndirilməsi istiqamətində növbəti uğurlu addım olmaqla
yanaşı, müştərilərə təqdim olunan beynəlxalq ödəniş həllərində
səmərəliliyin artırılmasına və maliyyə xidmətlərinin əhatə
dairəsinin genişləndirilməsinə xidmət edir. Yeni əməkdaşlıq
beynəlxalq ödənişlərin daha sürətli və çevik həyata keçirilməsi
imkanlarını təqdim edir. Həmçinin geniş müxbir bank şəbəkəsi xarici
ticarət fəaliyyəti ilə məşğul olan sahibkar müştərilərə etibarlı və
keyfiyyətli bank xidmətlərindən yararlanmaq üçün əlavə imkanlar
təqdim edir.




Hazırda Xalq Bank regionun ən dinamik inkişaf edən maliyyə
qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə
yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar
heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif
edir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.