Azərbaycanın millisi Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirəcək

Baş səhifə
Azərbaycanın millisi Avropa çempionatının seçmə mərhələsində ikinci matçını keçirəcək

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci matçını keçirəcək.

“Report” xəbər verir ki, 13-cü qrupda yer alan komanda Şimali İrlandiya ilə qarşılaşacaq.

Görüş Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Oyunu qazaxıstanlı referi Sayat Karabayev idarə edəcək.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv seçmə mərhələdə keçirdiyi ilk matçda Çexiya yığmasına böyük hesabla məğlub olmuşdu – 1:6.