ABŞ-də məktəbə bıçaqlı hücum nəticəsində beş nəfər yaralanıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Takoma şəhərindəki Henri Foss adnı məktəbdə baş verən
bıçaqlanma nəticəsində beş nəfər – dörd şagird və bir mühafizəçi
yaralanıb.

Trend-in
məlumatına görə, bu barədə “CBS News” televiziya kanalı polis və
yanğın xidmətinə istinadən xəbər verib.

Takoma polisinin mətbuat katibi Şelbi Boydun sözlərinə görə,
mümkün hücum barədə məlumat yerli vaxtla saat 13:30 radələrində
daxil olub.




Bildirilib ki, hadisə yerinə gələn polislər dörd yaralı tələbə
və yaralı bir mühafizəçi tapdılar. Şübhəli şəxs kampusda
saxlanılaraq tibb işçilərinə təhvil verilib.

Takoma Yanğından Mühafizə Xidməti dörd nəfərin vəziyyətinin ağır
olduğunu, digərinin isə yüngül xəsarət aldığını bildirib.