İranın futbol üzrə yığması 2026-cı il dünya çempionatında çıxış edəcək.
“Report” xəbər verir ki, bu barədə FIFA konqresində təşkilatın rəhbəri Canni İnfantino bildirib.
“Əlbəttə, İran yığması dünya çempionatında iştirak edəcək. Komanda ABŞ-də oynayacaq. Səbəb sadədir: bizə birləşmək lazımdır ki, insanlar da bir yerdə olsunlar. Bizim məsuliyyətimiz bax bundadır. Dünya futbolla birləşir”, – İnfantino bildirib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

