
Bakı. Trend:
“Benfika” növbəti mövsüm başlamazdan əvvəl Jose Mourinyo ilə
müqaviləni uzatmaq istəyir.
Trend xəbər verir ki, klub
rəhbərliyi bu qərarı portuqaliyalı məşqçinin rəhbərliyi altında
komandanın təsirli nəticələrinə əsaslanaraq qəbul edib. Lakin
mütəxəssisin geri dönüşünü nəzərdən keçirən “Real”ın marağı klubun
planlarını çətinləşdirə bilər.
63 yaşlı Mourinyo bir neçə aydır rəhbərlikdən aydın cavab tələb
edərək müqaviləni uzatmağa hazır olduğunu göstərib. Klub prezidenti
Rui Koşta isə daha əvvəl ehtiyatlı mövqe tutaraq qərarı mövsümün
sonuna saxlamışdı.
Lakin son derbidə “Sportinq” üzərində 2:1 hesablı qələbə və
komandanın Çempionlar Liqasına vəsiqə qazanmaq üçün real şansının
yaranması bu məsələni klub üçün prioritet edib.
Kluba yaxın mənbələr təsdiqləyir ki, Koşta strategiyasını
dəyişib və indi Mourinyonu komandada saxlamaq niyyətindədir.
Bu qərar idman layihəsində sabitliyi gücləndirmək və xüsusilə
“Real” başda olmaqla digər klubların marağı səbəbindən yarana
biləcək qeyri-müəyyənliyin qarşısını almaq məqsədi daşıyır.


