
Bakı. Trend:
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi
Elçin Əmirbəyov İtaliya xarici işlər nazirinin müavini Edmondo
Çirielli ilə görüşüb.
Trend-in
məlumatına görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyi “X”
sosial şəbəkəsində yazıb.
Görüş zamanı əsas regional və beynəlxalq məsələlər, həmçinin
Roma ilə Bakı arasında siyasi və iqtisadi əməkdaşlığın strateji
sahələrində tərəfdaşlığın gücləndirilməsi diqqət mərkəzində
olub.
Bildirilib ki, yanvarda imzalanmış Fəaliyyət Planı çərçivəsində
və İtaliyanın Baş naziri Corcia Meloninin qarşıdakı səfərinə
hazırlıq məqsədilə geniş fikir mübadiləsi aparılıb.


