Sabunçuda çökən tunel bərpa ediləcək

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunda tuneldə baş verən çökmə aradan
qaldırılacaq.

Trend-in
məlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlif
bölgələrində güclü leysan yağışları və yaranan sel suları
nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə
bağlı görüləcək işlərin siyahısında yer alıb.




Belə ki, Sabunçu rayonu, A.Əsədullayev küçəsi, tunelin daxili
d1000 mm kanalizasiya kollektorunda və d600mm kanalizasiya
kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq və xətt bərpa
ediləcək.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə tapşırılıb.