ABŞ Məxfi Xidməti Trampın iştirak etdiyi tədbirdə baş verən atışmanı araşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ Məxfi Xidməti, Prezident Donald Trampın iştirak etdiyi Ağ Ev
Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı polislə
birlikdə araşdırır.

Trend-in
məlumatına görə, bu barədə xidmətin nümayəndəsi Entoni Qulyelmi
bildirib.




“ABŞ Məxfi Xidməti və Kolumbiya Dairəsi Polisi Ağ Ev Müxbirləri
Assosiasiyasının şam yeməyi zamanı əsas maqnitometr yoxlama
məntəqəsinin yaxınlığında baş verən atışmanı araşdırır”, – deyə
bildirilib.