Palata: 19 mln. manatlıq əkin subsidiyaları ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib

Baş səhifə

Əkin subsidiyalarının istifadəsi ilə bağlı audit zamanı aşkar olunmuş faktlar hüquq-mühafizə orqanlarına təqdim edilib.

APA-Economics” xəbər verir ki, Hesablama Palatasının məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən “tapagro” portalı üzərindən subsidiyalara nəzarət edildiyi bildirilsə də, faktiki olaraq yalnız vəsaitlərin köçürülməsi izlənilib, fermerlərin real alışları nəzarətdə saxlanılmayıb.

Audit zamanı həmçinin müəyyən edilib ki, dəyəri 2,4 mln. manat olan toxum və gübrələrin fermerlərə verilməsi qanunvericiliyə uyğun təsdiqlənməyib.

Bundan əlavə, 39 fermer üzrə elektron qaimə-faktura olmadan 18,8 mln. manat məbləğində subsidiya vəsaitindən istifadə olunub.

Hesablama Palatası bildirir ki, aşkar olunmuş faktlarla bağlı materialların bir hissəsi Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.