
Bakı. Trend:
ABŞ-nin Vitse-prezidenti Cey Di. Vensin Pakistana planlaşdırılan
səfəri ləğv edilib.
Trend-in
məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi bildirib.
“[ABŞ Prezidenti Donald] Trampın “Truth Social” sosial
şəbəkəsində yayımladığı, ABŞ-ın İrandan vahid təklif gözlədiyini
təsdiqləyən paylaşımından sonra bu gün Pakistana səfər baş
tutmayacaq”, – deyə o bildirib.
O əlavə edib ki, Ağ Ev mümkün şəxsən görüşlər barədə əlavə
məlumat verəcək.

