
Bakı. Trend:
Rusiya neftini Şərqi Avropa ölkələrinə nəql edən zədələnmiş
“Drujba” boru kəmərinin aprelin sonuna qədər yenidən istifadəyə
verilməsi gözlənilir.
Trend xəbər verir ki, bu
barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna televiziyasına
verdiyi müsahibədə bildirib.
Onun sözlərinə əsasən, kəmərin istismara tam hazır vəziyyətə
gətirilməsi aprelin sonuna planlaşdırılır.
Ukraynanın dövlət enerji şirkəti “Naftogaz” isə qaz axınının
bərpası ilə bağlı konkret tarix açıqlamaqdan imtina edir.
Eyni zamanda qeyd olunur ki, Macarıstanda keçirilən parlament
seçkilərində qalib gələn Peter Madyar Zelenskini təmir işləri başa
çatdıqdan sonra boru kəmərinin mümkün qədər tez açılmasına,
Rusiyanı isə bu marşrut üzrə neft tədarükünü bərpa etməyə
çağırıb.

