
Bakı. Trend:
Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi
məqsədilə aparılan təxirəsalınmaz təmir-bərpa işləri davam
etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)
Trend-ə
bildirilib ki, gündəlik həyata minimum maneə yaratmaq üçün işlər
əsasən istirahət günlərində həyata keçirilib. Layihələrin vaxtında
başa çatdırılması məqsədilə həftəsonları 24 saat fasiləsiz iş
rejimi təşkil olunub.
Qeyd olunub ki, təmir prosesi zamanı nəqliyyatın hərəkətinə
minimum təsirin göstərilməsi üçün bütün zəruri tədbirlər
görülüb.
Görülən işlər nəticəsində paytaxtın 4 ərazisində təmir-bərpa
işləri uğurla yekunlaşdırılıb. Bunlar aşağıdakılardır:
R.Behbudov küçəsi (Ş. Bədəlbəyli küçəsindən A. A. Bakıxanov
küçəsinə qədər olan hissə);
Z.Bünyadov prospekti (M. Nərimanov küçəsindən X. R. Ulutürk
küçəsinə qədər);
A.M.Şərifzadə küçəsi (Ə.Əhmədov küçəsindən A.Abbasov küçəsinə
qədər olan hissə);
Bakı Dairəvi yolundan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.
Agentlikdən vurğulanıb ki, yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam
etdiriləcək.
AAYDA vətəndaşların rahat hərəkətini təmin etmək üçün
fəaliyyətini fasiləsiz davam etdirir.

