
Bakı. Trend:
Bolqarıstanda 52-ci cağırış Milli Assambleyasına (birpalatalı
parlament) növbədənkənar seçkilər keçiriləcək.
Trend-in
məlumatına görə, ölkə üzrə 12 mindən çox seçki məntəqəsi yerli
vaxtla səhər saat 7:00-da açılacaq və axşam saat 8:00-a qədər açıq
qalacaq.
Seçici siyahılarına 6,5 milyondan çox insan daxil edilib. Ölkə
daxilindəki seçki məntəqələri ilə yanaşı, dünyanın 55 ölkəsində də
səsvermə keçiriləcək. Səsvermə ixtisaslaşdırılmış səsvermə
maşınları və ya kağız bülletenlərdən istifadə etməklə mümkün
olacaq.

