Şəmkirdə məktəbdə yanğın: şagirdlər təxliyə olundu

Baş səhifə

Bakı. Trend:

Şəmkir şəhəri N.Nərimanov adına məktəbdə yanğın baş verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qazax-Tovuz Regional
Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki,məktəbdə baş vermiş yanğın zamanı xəsarət alan
olmayıb:




“Əraziyə cəlb edilən Fövqəladə Hallar nazirliyinin əməkdaşları
tərəfindən zəruri tədbirlər görülüb. Yanğın yanğından mühafizə
bölmələri tərəfindən söndürülüb.

Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş
tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb,
şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz
yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri
araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa
zamanda bərpası çərçivəsində işlər aparılır”, məlumatda qeyd
olunub.