
Bakı. Trend:
2025-ci ildə Naxçıvanda sosial ödənişlər üzrə dövlət dəstəyi
əhəmiyyətli dərəcədə genişlənib və ümumi rəqəmlər artım trendini
açıq şəkildə göstərir.
Trend-in əldə
etdiyi məlumata görə, il ərzində sosial müavinətlər və təqaüdlər
üzrə ümumilikdə 79,4 milyon manat vəsait ödənilib
və bu göstərici əvvəlki illə müqayisədə 12% artım
deməkdir.
Vəsait bölgüsünə baxdıqda, aylıq sosial müavinətlər üçün
45,9 milyon manat, birdəfəlik müavinətlər üçün isə
1,1 milyon manat ayrılıb. Məcburi dövlət sosial
sığorta hesabına ödənilən müavinətlərin həcmi 4,9 milyon
manat, Prezident təqaüdləri üzrə ödənişlər isə
31,8 milyon manat təşkil edib.
Sosial təminatda diqqətçəkən məqam isə avtomatlaşdırılmış
təyinat sistemidir. İl ərzində 7 158 nəfərə sosial
müavinət və təqaüd proaktiv qaydada təyin edilib ki, bu da ümumi
təyinatların 79%-ni təşkil edir. Məcburi dövlət
sosial sığorta hesabına müavinətlər üzrə isə əlavə olaraq 1
882 nəfərə proaktiv təyinat aparılıb.

