Pezeşkian altı ölkənin mövqeyini dəstəkləyib

Baş səhifə
Pezeşkian altı ölkənin mövqeyini dəstəkləyib

İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misir İsrailin İrana qarşı müharibə çağırışlarına qarşıdır.

“Report” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkə hesabında yazıb.

“Sivilizasiyaların mahiyyəti kritik tarixi məqamlarda özünü büruzə verir”, – paylaşımda qeyd olunub.

İran Prezidenti bilirib ki, İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misirin İsrailə qarşı tutduğu mövqe bu ölkələrin dərin mədəni və tarixi köklərindən qaynaqlanır.