
Bakı. Trend:
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin eyni dövründə
aktivlər, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma
müşahidə olunur.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) isitnadən xəbər verir.
Bildirilib ki, beynəlxalq təcrübədə də geniş istifadə olunan HHİ
(Herfindal-Hirşman indeks) indeksinə əsasən 2025-ci ilin sonuna
kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 27
vahid azalaraq 1180 təşkil edib.
“Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu
ilə müqayisədə 147 vahid azalaraq 1506 təşkil etmişdir. Aktivlər
üzrə HHI indeksi göstəricisi 114 vahid azalaraq 1360 təşkil
etmişdir. Beləliklə, bank sistemində aktivlər və kredit portfelinə
əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə
bank sektoru orta təmərküzləşmə sərhədindədir. Bank sektoru üzrə
təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır”, –
məlumatda qeyd edilib.

