
Bakı. Trend:
Avstraliya ABŞ-nin Hörmüz boğazının blokadasında iştirak etməyi
planlaşdırmır.
Trend-in
məlumatına görə, bu barədə Avstraliya xarici işlər nazirinin
müavini Mett Tislveyt “Sky News Australia”ya müsahibəsində
bildirib.
Diplomatın sözlərinə görə, onun ölkəsi hesab edir ki,
“uzunmüddətli sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün
yanacaq qiymətlərini aşağı salmağın ən yaxşı yolu
danışıqlardır”.
Qeyd edək ki, aprelin 12-də Prezident Donald Tramp İranla əsas
razılaşmaların pozulmasından sonra ABŞ-nin Hörmüz boğazını
blokadaya alacağını açıqlayıb. ABŞ lideri Hərbi Dəniz Qüvvələrinə
İrana rüsum ödəyən gəmiləri beynəlxalq sularda izləməyi və
saxlamağı, həmçinin ərazidəki minaları təmizləməyi tapşırıb.

