Dünya Bankı Yaxın Şərqdəki münaqişənin qlobal iqtisadiyyata təsir edəcəyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəs qüvvəyə minsə
belə, bölgədəki müharibənin dünya iqtisadiyyatına zəncirvari
təsirlərinin qaçılmaz olacağı bildirilir.

Trend xəbər verir ki, bu
fikirləri Dünya Bankının prezidenti Acay Banqa “Reuters”
agentliyinə müsahibəsində səsləndirib.




Onun sözlərinə görə, baza ssenarisində müharibə tezliklə başa
çatsa, qlobal iqtisadi artım 0,3–0,4 faiz bəndi azala bilər.
Münaqişə uzanarsa, bu azalma 1 faiz bəndinə qədər çata bilər.

Banqa əlavə edib ki, inflyasiya 200–300 baza bəndi arta bilər,
müharibə davam edəcəyi halda isə bu göstərici daha da yüksələrək
təxminən 0,9 faiz bəndinə qədər arta bilər.