
Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının
Dəməşq şəhərində Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinə bir qrup
etirazçı tərəfindən edilən son hücumu qətiyyətlə pisləyib.
Trend xəbər
verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım
edilib.
Bildirilib ki, diplomatik nümayəndəliklərə qarşı bu cür
zorakılıq aktları qəbuledilməzdir:
“Diplomatik heyətin və binaların təhlükəsizliyini təmin edən
Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası da daxil
olmaqla, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Suriya hakimiyyət orqanlarının yaydığı bəyanatı və günahkarların
qanun qarşısında cavab verməsini təmin etmək üçün bütün zəruri
tədbirləri görmək öhdəliyini alqışlayırıq”.
Xəbər yenilənəcək

