ABŞ Venesuela liderini “qara siyahıdan” çıxarıb

Baş səhifə

Bakı.Trend:

ABŞ-nin Maliyyə Nazirliyi Venesuelanın müvəqqəti prezidenti
Delsi Rodrigesi sanksiyalar siyahısından çıxarıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Biz Prezident Donald Trampın bu qərarını ölkələrimiz arasında
münasibətlərin normallaşdırılması və möhkəmləndirilməsi
istiqamətində atılmış addım kimi qiymətləndiririk”,- Rodriges “X”
sosial şəbəkə hesabında yazıb.




O, həmçinin ABŞ-nin Venesuelanın özünə qarşı tətbiq olunan
sanksiyaları da ləğv edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Donald Trampın ilk prezidentlik müddəti
dövründə Delsi Rodrigesi və onun qardaşı Xorxeni Venesuela
demokratiyasını sarsıtmaqda oynadıqları rola görə sanksiyalar
siyahısına daxil etmişdi.