Oljas Bektenov: Qarşıdakı TDT sammiti rəqəmsal transformasiyaya yeni impuls verəcək

Baş səhifə
Oljas Bektenov: Qarşıdakı TDT sammiti rəqəmsal transformasiyaya yeni impuls verəcək

Bu il Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti süni intellekt və rəqəmsal texnologiyaların inkişafına həsr olunacaq.

“Report”un məlumatına görə, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov Bakıda TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.

“Yaxın vaxtlarda Qazaxıstanda TDT-nin süni intellekt və rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılır”, – hökumət başçısı bildirib.

Onun sözlərinə görə, sammit TDT çərçivəsində rəqəmsal transformasiyaya yeni impuls verəcək və strateji texnoloji əməkdaşlığın mühüm katalizatoruna çevriləcək.