
Bakı. Trend:
“An-26” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğradığı yer müəyyən
edilib, 23 sərnişin və 6 heyət üzvü daxil olmaqla 29 nəfər həyatını
itirib.
Trend xəbər verir
ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Martın 31-də, Bakı vaxtı ilə təxminən saat 19:00-da uçuş zamanı “An-26” hərbi təyyarəsi ilə əlaqə kəsilib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib: “Axtarış-xilasetmə qrupu An-26 təyyarəsinin qəzaya uğradığı yeri
müəyyən edib. Hadisə yerindən alınan məlumatlara görə, altı heyət
üzvü və göyərtədəki 23 sərnişin həlak olub”.
Qəza yerində Rusiya Müdafiə Nazirliyinin komissiyası çalışır və
qəzanın ilkin səbəbi texniki nasazlıq kimi qiymətləndirilir.

