
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri Livandakı BMT Müvəqqəti Qüvvələrinin
sülhməramlılarının xəsarət alması ilə bağlı iki hadisəni
araşdırdığını bildirib.
Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.
“Hadisələrin “Hizbullah” və ya İsrail Müdafiə Qüvvələrinin işi
olub-olmadığını müəyyən etmək və vəziyyətin aydınlaşdırılması üçün
hərtərəfli araşdırılır”, – deyə bildirilib.
Qeyd edilib ki, “bu hadisələr aktiv döyüş zonasında baş verib”,
ona görə də “sülhməramlılarının yaralandığı hadisələrin İsrail
Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində baş verdiyi
düşünülməməlidir.”

