ABŞ-İsrail hərbi əməliyyatının başlamasından bəri Hörmüz boğazından gəmilərin gündəlik tranziti 95%-dən çox azalıb.
“Report” xəbər verir ki, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında təqdim olunur.
“Hörmüz boğazından keçən gəmiçilik iflic vəziyyətinə düşüb: tranzit trafik 95%-dən çox azalıb ki, bu da enerji resursları və gübrələrin tədarükündə fasilələrə səbəb olub”, – deyə mətndə qeyd olunub.
Təşkilatın məlumatına görə, mart ayının əvvəlində boğazdan gündəlik tranzit 10 gəmidən çox olmayıb, fevralın son həftəsində isə bu rəqəm orta hesabla 103 olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

