
Bakı. Trend:
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib.
Trend xəbər verir
ki, Rasim Balayevlə vida mərasimi bu gün, saat 12.00-13.30
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.
Xalq artisti Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, Rasim Balayev 29 mart 2026-cı il tarixində,
ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində
vəfat edib.

