Bakı. Trend:
Böyük Britaniyanın Derbi şəhərində avtomobil toqquşması
nəticəsində bir neçə nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə yerli polis xəbər verib.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 21:30 radələrində baş
verib. Zərərçəkənlərdən bəziləri ağır xəsarət alıb. Onlara hadisə
yerində ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya
aparılıb.
Sürücü, 30 yaşlarında bir kişi saxlanılıb. Hüquq-mühafizə
orqanlarının əməkdaşları ictimaiyyət üçün heç bir təhlükə
olmadığını təsdiqləyiblər.

