Dağıstanda güclü yağışlar, Mahaçqalada fövqəladə vəziyyət elan edildi

Baş səhifə

Bakı. Trend:

Dağıstanda güclü yağışlar nəticəsində daşqın baş verib, onlarla
ev su altında qalıb.

Trend xəbər verir
ki, respublikanın bir sıra rayonlarında vəziyyət kritikdir,
elektrik və su təchizatında kəsintilər yaranıb. Mahaçqalada
fövqəladə vəziyyət rejimi elan olunub.




Məlumata görə, bəzi ərazilərdə evlər tam su altında qalıb,
sakinlərin təxliyəsi həyata keçirilir.