Hindistanda qəza 14 nəfərin həyatına son qoyub

Baş səhifə

Bakı. Trend:

Hindistanın Andhra-Pradeş ştatında sərnişin avtobusu yük maşını
ilə toqquşub.

Trend xəbər verir
ki, bu barədə “People” nəşri məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində 14 nəfər həlak olub, onların
hamısı yanaraq ölüb.




Ştat baş nazirinin ofisi hadisəni təsdiqləyərək bildirib ki,
“Harikrishna Travels” şirkətinə məxsus avtobus Nirmal şəhərindən
Nellora istiqamətində hərəkət edirmiş.

Rayon rəhbəri Şri Nara Çandrababu Naydu hadisənin hərtərəfli
araşdırılması ilə bağlı göstəriş verib.

Polis rəisi əlavə edib ki, yaralanan 23 nəfər dərhal xəstəxanaya
çatdırılıb. Yük maşınının sürücüsü də müxtəlif xəsarətlərlə
xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə əməliyyatları
başa çatıb.