
Bakı. Trend:
AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda
Azərbaycan və Portuqaliya U-21 yığmaları arasında Bakıda
keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
Trend xəbər verir ki, 8-ci
kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi
yunanıstanlı Xristos Vergetis olacaq.
Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos
kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə
yetirəcək.
Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.

