Çin orbitə yeni peyklər buraxıb

Baş səhifə

Bakı. Trend:

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası “CentiSpace-2”
peyklərinin Yer kürəsinin aşağı orbitinə uğurla buraxıldığını
açıqlayıb.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, raket buraxılışı Sarı dənizdə yerləşən Haiyang
Peyk Buraxılış Mərkəzindən “Jielong-3” daşıyıcı raketi vasitəsilə
həyata keçirilib.

“CentiSpace” seriyalı peyklər aşağı Yer orbitindən qlobal
naviqasiya peyk sistemlərini gücləndirmək üçün siqnallar ötürmək
məqsədilə hazırlanıb.