
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə
hesablarında Novruz bayramı ilə bağlı paylaşım edib.
Trend xəbər verir
ki, paylaşımda deyilir:
“Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə
səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və
işlərinizdə nailiyyətlər diləyirəm”.

