Baş Prokurorun aylıq maaşı 10490 manat qaldırılıb

Baş səhifə

Bakı. Trend:

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev
Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər
işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla
əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman
imzalayıb.


Trend
xəbər verir ki, Fərmanla bəzi dövlət orqanlarının rəhbər
işçilərinin əməkhaqlarının artırılması məqsədilə Azərbaycan
Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların
müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi
hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə
maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib.




Belə ki, Baş Prokurorunun aylıq vəzifə maaşı 3260 manatdan 13750
manata qaldırılır.