Ər-Riyada 12 ölkənin XİN nümayəndələrinin iştirakı ilə məşvərət toplantısı keçirilib

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Azərbaycan da daxil
olmaqla 12 ölkənin xarici işlər nazirləri və nümayəndələrinin
iştirakı ilə məşvərət toplantısı təşkil edilib.

Trend xəbər verir
ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat
yayıb.

Toplantıya Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan,
Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş
Ərəb Əmirliklərinin rəsmi şəxsləri qatılıblar.

Məlumata görə, iclasda İranın region ölkələrinə hücumları
müzakirə olunub və kəskin şəkildə pislənilib. Hücumların
dayandırılması, eskalasiyanın sona çatması, regionda təhlükəsizlik
və sabitliyin bərqərar olması, həmçinin böhranların həlli üçün
diplomatiyanın aktivləşdirilməsi vacib addım kimi
qiymətləndirilib.