Fransa hansı şərtlə Hörmüzdə təhlükəsiziyi təmin etməyə hazır olduğunu açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Paris yalnız İranla bağlı münaqişənin səngiməsindən sonra sonra
Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirak etməyə
hazırdır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Fransa İqtisadiyyat və Maliyyə
naziri Roland Leskür bəyan edib.

“Vəziyyətin daha hərbi xarakter daşımayacağ şərtilə hörmüz
boğazının azad edilməsi üçün nələrsə etmək istəyirik. Nə qədər ki,
başın üzərində raketlərin və dronların uçması risk var, heç kim
Hörmüz boğazını keçmək istəməz ”, – o CNBC telekanalına
müsahibəsində bildirib.




Leskürün sözlərinə görə, hazırda vacib olan münaqişənin
de-eskalasiyasıdır və Hörmüz boğazında təhlükəsizliyin təmin
olunması barədə yalnız münaqişənin səngiməzindən sonra düşünmək
lazımdır.

“Biz bunu necə etmək lazım olduğunu bilirik, amma bunu müharibə
şəraitində etməyəcəyik. Bu, insanların özlərini təhlükəsiz hiss
etdiyi sülh şəraitində edilməlidir”, – nazir əlavə edib.