Azərbaycan Premyer Liqasında XXV tura start verilib

Baş səhifə
Azərbaycan Premyer Liqasında XXV tura start verilib

Misli Premyer Liqasında XXV tura start verilib.

“Report”un məlumatına görə, turun ilk oyun günündə “Şamaxı” – “Araz-Naxçıvan”la qarşılaşıb.

Şamaxı şəhər stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

56-cı dəqiqədə Vladislav Veremeyev avtoqol müəllifi olub.

Bu nəticədən sonra “Araz-Naxçıvan” xallarının sayını 39-a yüksəldərək 4-cü pillədə qərarlaşıb. 7-ci sırada olan “Sumqayıt”ın isə 32 xalı var.

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.